Back to Hub
Rabalon cover

Korporativ Satış üzrə Ekspert (IT Həllər)

Rabalon

Rabalon

JobSearch.az

Essential Tech Stack

TCP/IP

Job Description

Əmək haqqı: 1500 AZN + Yüksək Bonus (Satışdan %)

Ünvan: Bakı şəhəri

Rabalon MMC olaraq IT və texnoloji həllər sahəsində böyüməyə davam edirik. Komandamıza sadəcə işçi deyil, IT bazarını tanıyan, geniş əlaqələrə malik və ambisiyalı bir "Business Development" tərəfdaşı axtarırıq.

  • Networking: IT sahəsindəki mövcud müştəri bazanızdan istifadə edərək şirkətə yeni B2B layihələr qazandırmaq;
  • Strateji Satış: Şirkətin İT məhsul və xidmətlərini (SaaS, Hardware, Proqram təminatı və s.) korporativ müştərilərə peşəkar səviyyədə təqdim etmək;
  • Müştəri İdarəetməsi: Yeni müştərilər tapmaq (Hunting) və mövcud portfeli genişləndirmək;
  • Təkliflərin Hazırlanması: Müştəri ehtiyaclarına uyğun texniki-kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması. Gözləntilərimiz:
  • Təcrübə: B2B satış sahəsində minimum 3 il uğurlu təcrübə (IT sahəsində təcrübə və hazır müştəri portfeli mütləqdir);
  • Dil Bilikləri: Rus və İngilis dillərində sərbəst ünsiyyət və təqdimat bacarığı;
  • Yaradıcılıq: Standart satış metodlarından kənara çıxaraq fərqli həllər təklif etmə bacarığı;
  • Texniki Savad: IT trendlərindən xəbərdar olmaq, CRM və MS Office proqramları ilə mükəmməl işləmək.

Biz Nə Təklif Edirik?

  • Gəlir İmkanı: 1500 AZN sabit maaş və satış nəticələrinə əsasən bazarın ən cəlbedici bonus sistemi;
  • Komfort: Korporativ nömrə, nəqliyyat xərclərinin qarşılanması və şirkət tərəfindən təmin edilən nahar xidməti;
  • İnkişaf: Dinamik mühit və peşəkar komanda ilə birgə böyümə şansı.

CV-nizi mövzu hissəsində "IT üzrə Satış Eksperti" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Qeyd: Yalnız müvafiq sahədə (IT/Telekom) satış təcrübəsi və portfeli olan namizədlərə üstünlük veriləcəkdir.