Back to Hub
Sinteks Group of Companies cover

1C üzrə administrator

Sinteks Group of Companies

Sinteks Group of Companies

JobSearch.az

Essential Tech Stack

SQLPostgreSQL1C

Job Description

Sinteks Şirkətlər Qrupu “1C üzrə administrator” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu 1C sisteminin fasiləsiz işləməsini və 1C sisteminin istifadəçilərinə texniki dəstəyin təmin edilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

Sistem idarəetməsi:

  • 1C bazalarının dəstəklənməsi və idarə edilməsi.
  • Sistemin işinin monitorinqi və nasazlıqların vaxtında aradan qaldırılması.
  • 1C və digər informasiya sistemləri arasında məlumat mübadiləsinin saxlanması.

Yeniləmə idarəetməsi:

  • 1C sistemində yeniliklər tətbiq olunmazdan əvvəl yeni versiyaların və modulların sınaqdan keçirilməsi.

Quraşdırma və optimallaşdırma:

  • Sistemin səmərəliliyini artırmaq üçün 1C-də parametrlərin həyata keçirilməsi, biznes proseslərinin optimallaşdırılması.
  • 1C sistemində baş mütəxəssislərin rəhbərliyi altında sadə dəyişikliklərin həyata keçirilməsi.
  • 1C platformasında yeni həllərin tətbiqi üzrə layihələrdə iştirak və baş mütəxəssislərin rəhbərliyi altında digər sistemlərlə inteqrasiya

İstifadəçi dəstəyi:

  • İstifadəçi sorğularının işlənməsi, texniki problemlərin həllində köməklik və 1C ERP sistemi ilə işləmək üzrə məsləhətlərin verilməsi
  • 1C sisteminin işləməsi ilə bağlı insidentlərin və texniki problemlərin həlli.

Təhlükəsizlik və məlumatların qorunması:

  • Giriş hüquqlarının və istifadəçilərin təyini səviyyəsində məlumat təhlükəsizliyinin təmin edilməsi.

Layihələrin təşkili və nəzarəti:

  • 1C sisteminin və 1C İT infrastrukturunun funksionallığı ilə bağlı layihənin idarə edilməsi.
  • Layihə sənədlərinin yaradılması, 1C sistemində dəyişikliklərin sənədli qeydlərinin aparılması.

Sənədləşdirmə və Təlim:

  • İşçilərə 1C ERP sistemi ilə işləmək üzrə əsas bacarıqların öyrədilməsi və konsultasiyası.
  • Sistemin idarə edilməsi və istismarı üzrə sənədlərin aparılması

Məsuliyyət sahəsi:

  • 1С: ERP Управление предприятием 2
  • 1С: Розница 8

Professional biliklər:

  • 1C:ERP platformasının arxitekturasını və idarəetmənin əsaslarını bilmək.
  • MS SQL, PostgreSQL üzrə biliklərin olması üstünlükdür; 1C bazasının optimallaşdırılması üzrə sorğuların işləmə məntiqini anlama.
  • Məlumatların ehtiyat nüsxəsi və bərpası sistemləri ilə iş təcrübəsi.

Təhsil:

  • İT, informasiya sistemləri və proqramlaşdırma üzrə ali texniki təhsil
  • 1C üzrə sertifikatlar üstünlükdür

İş təcrübəsi:

  • 1C ERP ilə minimum 1 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • 1C ERP ilə işləməyin əsaslarını bilmək, əsas idarəetmə və texniki dəstək bacarıqları, İT sahəsində inkişaf etmək arzusu
  • Detallara diqqət, komandada işləmək bacarığı, yaxşı öyrənmə qabiliyyəti və inkişaf etmək istəyi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C üzrə administrator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.