Back to Hub

Hesabatlılıq və data analitikası şöbəsinin mütəxəssisi

Unicapital

Unicapital

JobSearch.az

Job Description

Vəzifə öhdəlikləri

  • Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq və data analitikası üzrə gündəlik əməliyyatları icra etmək;
  • Cəmiyyətin maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək;
  • Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək;
  • Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək;
  • Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq;
  • MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək;
  • Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq;
  • Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Daxili hesabat sistemləri və data analitika alətləri üzrə məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək;
  • Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
  • Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması;
  • Data keyfiyyətinə nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi;
  • Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
  • Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow)

Vəzifə üzrə tələblər

  • Ali iqtisadi təhsil
  • Mühasibat uçotu və IFRS bilikləri
  • Vergi və maliyyə qanunvericiliyini başa düşmək
  • Excel biliyi (pivot, lookup, formulas)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.